» » » Neftçalada avtomobil dərəyə aşdı - Sürücü ağır yaralandı + Foto

Neftçalada avtomobil dərəyə aşdı - Sürücü ağır yaralandı + Foto

Neftçalada avtomobil dərəyə aşdı - Sürücü ağır yaralandı + Foto

Neftçala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakının Yasamal rayon sakini, 47 yaşlı Şahin Ramiz oğlu İsmayılov idarə etdiyi avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobil yuvarlanaraq yoldan 50 metr aralıya düşüb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, dərəyə aşan avtomobil "Ekonom taksi" şirkətinə məxsusdur.

Report.az

Neftçalada avtomobil dərəyə aşdı - Sürücü ağır yaralandı + Foto