» » » Kürdəmirdə ağır QƏZA- 13 yaşlı qız öldü

Kürdəmirdə ağır QƏZA- 13 yaşlı qız öldü

Kürdəmirdə ağır QƏZA- 13 yaşlı qız öldü

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 51-ci kilometrliyində, Kürdəmirin Muradxan kəndi ərazisində qeydə alınıb. Rayonun Mollakənd sakini Coşqun Qərib oğlu İsayevin idarə etdiyi "Nissan İnfiniti" markalı avtomobillə eyni istiqamətdə hərəkət edən rayonun Ərəbxan kənd sakini, 67 yaşlı Ağamusa Qəni oğlu Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq aşıb. Nəticədə sürücü, onun 42 yaşlı oğlu Mahmud Mahmudov, 13 yaşlı nəvəsi Elməddin Mahmudov və həmkəndliləri, 13 yaşlı Ağamir Məcid oğlu Mirzəyev ağır xəsarət alıblar.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, 13 yaşlı E. Mahmudov orada ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)