» » » Oğurluq edib özünə nişan keçirdi: Xoşbəxtliyi bir gün çəkdi - FOTO

Oğurluq edib özünə nişan keçirdi: Xoşbəxtliyi bir gün çəkdi - FOTO

Oğurluq edib özünə nişan keçirdi: Xoşbəxtliyi bir gün çəkdi - FOTO

Bakı sakini Vüsal Xankişiyev nişanından bir gün sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbəb onun yaxın tanışının evindən qızıl zinət əşyalarını oğurlaması olub.

Nəticədə məlum olub ki, sözügedən şəxs oğurladığı qızılları lombarda qoyaraq, pul götürüb və elə nişan məclisini də həmin pulla Nərimanov rayonundakı restoranlardan birində düzənləyib. Amma Vüsalın xoşbəxtçiliyi cəmi bir gün çəkib.

Saxlanılan Vüsal Xankişiyev əməlindən olduqca peşman olduğunu bildirib: "Pulum yox idi də. İstəmirdim qızı başqasına versinlər. Tutduğum əməldən də çox peşmanam. Hədsiz dərəcədə peşmanam. Evdəkilərin hamısından üzür istəyirəm. Bağışlasınlar. Əsas da Mahirə".

Qeyd edək ki, Vüsal Xankişiyev əvvəllər oğurluq maddəsi 6 il məhkumluq həyatı yaşayıb. Ötən il azadlığa çıxan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.(region)