» » » Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçib

Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçib

Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçib

İnterpolun Tiflis bürosu və Gürcüstan DİN-in patrul polisi Departamenti İnterpolun axtardığı Azərbaycan vətəndaşını ölkəyə daxil olarkən həbs edib

1970-ci ildə anadan olmuş Əziz M. Adlı Azərbaycan vətəndaşını İnterpolun Paris bürosu axtarırdı. O, Fransa cinayət məcəlləsinin bir neçə maddəsi, o cümlədən ehtiyatsızlıqdan ölümə səbəb olma, gəmi kapitanının qaçmasına şərait yaratma və dara düşənlərə kömək etməkdən imtinada ittiham olunur. Əziz M. 2014-cü ildə beynəlxalq axtarışa verilib. Hazırda onun ekstradisiyası üçün prosedurlar yerinə yetirilir.(virtualaz.org)