» » » 3 il əvvəl itkin düşdü - MEYİTİ TAPILDI

3 il əvvəl itkin düşdü - MEYİTİ TAPILDI

3 il əvvəl itkin düşdü - MEYİTİ TAPILDI

Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin 5 nəfər tərəfindən öldürülərək basdırıldığı məlum olub.
Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.