» » » Müğənni Aygünün qohumunu öldürüb qalada basdıran şəxslər TUTULDU

Müğənni Aygünün qohumunu öldürüb qalada basdıran şəxslər TUTULDU

Müğənni Aygünün qohumunu öldürüb qalada basdıran şəxslər TUTULDU

Daxili İşlər Nazirliyi itkin düşmüş Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirmiş şəxslər tutulması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə istinadən verilən xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulub.

Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.(big.az)

Müğənni Aygünün qohumunu öldürüb qalada basdıran şəxslər TUTULDU
Müğənni Aygünün qohumunu öldürüb qalada basdıran şəxslər TUTULDU