» » » Masallıda dələduzluqla məşğul olan qadın yaxalanıb

Masallıda dələduzluqla məşğul olan qadın yaxalanıb

Masallıda dələduzluqla məşğul olan qadın yaxalanıb

Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, mənzil 3-də yaşayan Tünzalə Yusif qızı Alışova şikayət ərizəsi ilə polisə müraciət edərək naməlum şəxsin onu aldatdığını, etibarından sui-istifadə etməklə 3 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsədiyini bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq faktının Bərdə rayon sakini, 36 yaşlı Rəsilə Abdullayeva tərəfindən törədildiyi müəyyənləşdirilib. R.Abdullayeva şübhəli şəxs qismində yaxaanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Masalı RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.(apa)