» » » ŞOK ! Müğənni Aygünü həbs gözləyir

ŞOK ! Müğənni Aygünü həbs gözləyir

ŞOK ! Müğənni Aygünü həbs gözləyir

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, mərhumun anası Səadət Hümmətova publika.az-a müsahibəsində bildirib ki, Aygün Bəylər məsələdən xəbərdar imiş:

"Aygün bilirdi ki, oğlumu qardaşı öldürüb. Mənə imkan vermirdilər ki, bunu açım-ağardım. Elə yalandan deyirdilər ki, oğlun üçuşaqlı arvadla görüşür. Gah deyirdilər, Xırdalanda görmüşük, gah deyirdilər, Zabratda görüblər. Hamısı yalan imiş, izi itirmək üçün bu yalanları uydurublar. Getdim, o dedikləri yerlərə qədər baxdım. Kafeyə, restorana, barlara getdim, balamdan soraq verən olmadı. Demə, üç ilmiş ki, balam betonun altında çürüyübmüş".

Əgər istintaq Aygün Bəylərin cinayəti bilib gizlətdiyini sübut edərsə, bu halda əməkdar artisti hansı cəza gözləyir?

Hüquqşünas Vüqar Səfərli ölkə.az-a deyib ki, Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, əgər şəxs ağır və xüsusilə ağır cinayəti qabaqcadan bilib gizlədirsə, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunmalıdır:

"Cinayətin törədilməsini bilib müvafiq hüquq mühafizə orqanına xəbər verməyən şəxs barəsində 5 ilədək həbs cəzası nəzərdə tutulur".

Bəs Elnur Hümmətovun anasının səsləndirdiyi iddialar təsdiqini tapmasa, onu hansı cəza gözləyə bilər? Hüquqşünas bildirir ki, bu, Cinayət Məcəlləsinin 147.2-ci maddəsində öz əksini tapıb:

"Həmin şəxsin Aygün Bəylər barəsində bu iddiasına gəldikdə isə, bu, istintaq zamanı müəyyən olunacaq. Əgər bu hal üzə çıxmasa, öldürülən şəxsin anası ağır və xüsusilə cinayət barədə böhtan atdığına görə özü cinayət məsuliyyəti daşıyır.

Bu halda o, Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə üç ilədək azadlıqdan məhrum edilə bilər".

Xatırladaq ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.