» » » Qonşu qonşunu döydü-ŞƏMKİRDƏ

Qonşu qonşunu döydü-ŞƏMKİRDƏ

Qonşu qonşunu döydü-ŞƏMKİRDƏ

Şəmkir rayon sakini qonşusu tərəfindən döyülüb.

Rayonun Keçili kənd sakini, 1958-ci il təvəllüdlü Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sol qabırğaların sınığı diaqnozu qoyulan Ə. Süleymanova dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 58 yaşlı kişi mübahisə zəminində qonşusu tərəfindən döyülüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.