» » » Azərbaycanda dəhşətli QƏZA: ölənlərin sayı 6-ya çatdı - SİYAHI

Azərbaycanda dəhşətli QƏZA: ölənlərin sayı 6-ya çatdı - SİYAHI

Azərbaycanda dəhşətli QƏZA: ölənlərin sayı 6-ya çatdı - SİYAHI

Bu gecə Bakı-Quba-Rusiya sərhədi magistral yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Magistralın 44-cü kilometrliyində, Sumqayıt şəhəri yaxınlığında "Wolksfagen Passat" markalı, 99 DZ 632 dövlət qeydiyyat nişanlı və "VAZ 2102" markalı, 60 BS 663 nömrəli iki avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən dördünün kimliyi artıq müəyyənləşdirilib. Hadisə zamanı "VAZ 2102"ni idarə edən 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlu ilə sərnişini, 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, eləcə də onun avtomobilində olan 30-35 yaşlı qadın ilə 35-40 yaşlı kişi ölüb. Həmçinin "Wolksfagen Passat"ı idarə edən 1976-cı il təvəllüdlü Bayramov Elyar Yunis oğlu və sərnişini, 1982-ci il təvəllüdlü Rəhimov Ramil Adil oğlu da xəstəxanada vəfat edib.

Bildirilir ki, qəzaya səbəb "Wolksfagen Passat"ın digər avtomobilin yoluna çıxması olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.