» » » İntim görüntülərini yaymaqla qadını şantaj edənin cəzası azaldıldı

İntim görüntülərini yaymaqla qadını şantaj edənin cəzası azaldıldı

İntim görüntülərini yaymaqla qadını şantaj edənin cəzası azaldıldı

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Roland Abdıyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Abdıyevin apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. R.Abdiyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Qeyd edək ki, R.Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini A.İ-lə (qadın) yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülərilə onu şantaj etməklə hədələyib. Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Ötən ilin noyabr ayının 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini R.Abdıyev tutulub. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.(axar)