» » » 26 yaşlı oğlan özünü doğrayıb

26 yaşlı oğlan özünü doğrayıb

26 yaşlı oğlan özünü doğrayıb

Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, avqustun 30-da saat 22:30 radələrində rayonun Poçtbinə kənd sakini 1990-cı il təvəllüdlü Tinov Musa oğlu Zaxmayev bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Tinov Zaxmayev yaşadığı evdə intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Tinov Zaxmayevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. (apa)