» » » Azərbaycanlı avtoritet Rusiyada öldürüldü - VİDEO

Azərbaycanlı avtoritet Rusiyada öldürüldü - VİDEO

Azərbaycanlı avtoritet Rusiyada öldürüldü - VİDEO

2015-ci ildə Rusiyanın Voronej şəhərində yerləşən "Lesnaya skazka" kafesində Ukrayna vətəndaşı olan azərbaycanlının qətlə yetirildiyi anın videogörüntüləri yayılıb.

Kamran Məmmədlinin amansız qətlinin videoyazısı bu gün - avqustun 31-də internetə yerləşdirilib.

Müşahidə kamerasından əldə olunan videoda Kamranın üç nəfərdən qaçmaq istədiyi görünür. Təqibçiləri onu küçəyə çıxarırlar, Kamran çıxışda yerə yıxılır və hücum edən şəxslərdən biri kompüterin prosessorı ilə onun başına vurmağa başlayır. Kamran başından aldığı güclü zərbələrdən sonra tərpənmir və sözügedən şəxslər sakit şəkildə maşına minərək oranı tərk edirlər.
İstintaq hesab edir ki, o, qəfil yaranan münaqişə zəminində qətlə yetirilib. Kişilər kafenin banket zalında mübahisə ediblər. Həmin şəxslərdən biri Kamranı bıçaqlayıb, ardınca ona atəş açıb. Küçəyə çıxdıqdan sonra isə kompüterin prosessoru ilə başına bir neçə zərbə endirib.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı yalnız bir nəfəri saxlaya bilib. O, hadisə baş verəndən 3 həftə sonra özü polisə gələrək əməlini etiraf edib və qətl alətini təhvil verib.

Qətli əvvəllər narkotik maddə saxlamaq və insan sağlamlığına ağır zərər yetirməkdə müqəssir bilinərək həbs olunan 32 yaşlı azərbaycanlı Amil Qəmbərov boynuna götürüb. O, cinayəti tək törətdiyini bildirib, lakin hadisənin motivlərini izah edə bilməyib. Amil Qəmbərova qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə ("Qətl") cinayət işi qaldırılıb.

Lakin mərhumun qohumları hesab edirlər ki, cinayət planlaşdırılmış şəkildə törədilib. Onların sözlərinə görə, qətl Kamranın biznesi ilə əlaqəli ola bilər. Qohumlar cinayət işinin "Əvvəlcədən razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədilmiş qətl" və "Xüsusi amansızlıqla törədilmiş qətl" maddələrinə dəyişdirilməsini təkid edirlər.(azxeber)