» » » FACİƏ - Dostunun üstünə benzin töküb YANDIRDI..

FACİƏ - Dostunun üstünə benzin töküb YANDIRDI..

FACİƏ - Dostunun üstünə benzin töküb YANDIRDI..

İstanbulda inşası davam edən üçüncü hava limanının tikintisində işləyən bir işçi dava etdiyi dostunu vəhşicə öldürüb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostların mübahisəsi zamanı digər yoldaşları onların əlbəyaxa olmasına mane olub. Lakin o, qətlin qarşısını ala bilməyib. Belə ki, əsəbləri soyumayan gənc dostu yatan vaxt gizlicə benzin tökərək otağa od vurub.

Hadisə nəticəsində yanaraq həlak olan Mehmet Aytaç dəfn olunmaq üçün doğulduğu Diyarbəkir şəhərinə göndərilib.

Xatırladaq ki, dostlar işlədikləri inşaat şirkətinin yaxınlığında yerləşən mənzildə birgə yaşayırmışlar.

Şəxsiyyəti açıqlanmayan cinayətkar barəsində Türkiyə polisi cinayət işi açıb.