» » » Toy qana BULANDI-Gəncədə

Toy qana BULANDI-Gəncədə

Toy qana BULANDI-Gəncədə

Gəncədə toyda 29 yaşlı kişi ürəyindən bıçaqlanıb.

Ucarliyiq.biz Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Təbriz küçəsində yerləşən şənlik evində baş verib.

Gəncə sakini 29 yaşlı Ramal İsgəndərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib.

Həkim Etibar Abbasov bildirib ki, xəstə təcili əməliyyata götürülüb, ağ ciyər və ürəyin yaralanması aşkarlanıb: "Yaralar tikilib, qanaxma dayandırılıb, xəstənin hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti keçirilən əməliyyat uyğun ağırdı".

İlkin məlumata görə, zərəçəkmiş toy mərasimində yaranan mübahisə zəminində bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.