» » » Maşın 18 yaşlı velosipedçini vurdu

Maşın 18 yaşlı velosipedçini vurdu

Maşın 18 yaşlı velosipedçini vurdu

Ağdamda avtomobil 18 yaşlı velosipedçini vurub.

Hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Ehtiram Zeynalov yolu velosipedlə keçərkən "Ford" markalı avtomobillə toqquşub. Sürücü E.Zeynalovu Ağdam Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı E.Zeynalovda kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri müəyyən olunub. Onun həyatının təhlükədə olmadığı bildirilir.

Sürücü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.(apa.az)