» » » 300 manata görə, kombinat direktorunu öldürdülər-BAKIDA

300 manata görə, kombinat direktorunu öldürdülər-BAKIDA

300 manata görə, kombinat direktorunu öldürdülər-BAKIDA

Bakıda taxıl kombinantının direktorunu qətlə yetirməkdə təqsirləndirilən Mahurə Hüseynova, Mübariz Əliyev və Ehtiram Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin ibtidai istantaqı Suraxanı Prokurorluğunda başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi baxılması üçün məhkəmənin hakimi Eynulla Vəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 5-də Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, qətli məhrumun tanışı Mahurə Hüseynova təşkil edib. Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıb. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa biliblər.

Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.