» » » Qadın keçmiş əri və sevgilisi ilə birləşib qatil oldu - FOTOLAR

Qadın keçmiş əri və sevgilisi ilə birləşib qatil oldu - FOTOLAR

Qadın keçmiş əri və sevgilisi ilə birləşib qatil oldu - FOTOLAR

2016-cı ilin yanvar ayında Bakıda qətl hadisəsi törədən şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakinini öldürməkdə təqsirləndirilən Mübariz Əliyev, Ehtiram Həsənov və Mahurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə Suraxanı rayon ərazisində baş verib. Qətli törətməkdə şübhəli bilinən Mübariz Əliyev və Ehtiram Həsənov ilk ifadələrində qətli törətdiklərini etiraf ediblər.

"Hövsan bağları" adlanan ərazidə bağ evlərindən birində qəsəbə sakini 52 yaşlı Qalib Bağırovu tamah məqsədi ilə öldürdüklərini bildiriblər.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunaraq 17 il həbsxana həyatı yaşayan Ehtiram Həsənov Qalib Bağırovun evinə pul və qızıl zinət əşyaları götürmək məqsədi ilə girdiklərini söyləyib.

O, öldürdükləri şəxsin evini birlikdə yaşadığı qadından öyrəndiyini deyib: "Yaşadığım qadından eşitmişdim ki, belə bir imkanlı adam var. Onu bir ildən çox idi tanıyırdıq. Getdik evinə. Pulun yerini soruşduq. Dedi ki, sizi tanıdım. Bəlkə də yalan deyirdi. Çünki, üzümüzdə maska var idi".

Qətldə əli olan digər şəxs isə Ehtiramın qeyri-rəsmi arvadı Mahnurə Hüseynovanın keçmiş əri, Astara rayon sakini Mübariz Əliyevdir.

44 yaşlı Mübariz də qətlə yetirdikləri şəxsi Mahnurənin vasitəsilə tanıdığını bildirib:

"Məhnurə gəlib deyirdi ki, uşağımız xəstədir, pul istəyirdi. Bir dəfə Ehtiramla gəldilər. Ehtiram dedi ki, uşaq əldən gedir, çoxlu pul lazımdır. Mən dedim ki, ən çoxu 200 manat tapa bilərəm. Dedi ki, azdır".

Mahnurə keçmiş əri və yeni sevgilisini birlikdə Qabil Bağırovun evinə girməyə inandırıb.

Əvvəlcə planlaşdırılan görüş zamanı Mahnurə hazırki sevgilisi ilə keçmiş ərinə imkanlı adam kimi tanıdığı Qalib Bağırovun evini qarət etməyi təklif edib.

Mahnurə evi göstərdikdən sonra ərazidən uzaqlaşıb. Mübarizlə Ehtiram isə ev sahibinin qapını açması üçün səhər saatlarını gözləyiblər. Sübh vaxtı Qalib Bağırov evindən çıxıb işə getmək istəyən zaman sifətlərini maska ilə bağlayan Ehtiramla Mübariz onu içəri salıblar.

Q.Bağırov müqavimət göstərsdiyindən və onları tanıdığından bıçaqla ona zərbələr endiriblər.

Qətli törətdikdən sonra Ehtiramla Mübariz Mahnurə Hüsyenovanın yanına yollanıblar. İşin alınmadığını bilən qadın sevgilisinə və keçmiş ərinə qaçıb gizlənmələrini məsləhət görüb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər üç şəxs həbs edilib.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxlər daha əvvəl də bir neçə mənzildən oğurluq ediblər.

Qeyd edək ki, qətlə yetirilən şəxs Bakı Taxıl Terminalının baş texnoloqu olub. (musavat.com)

Qadın keçmiş əri və sevgilisi ilə birləşib qatil oldu - FOTOLAR