» » » Həmcinslərini Dubayda satan qadın 9 il iş aldı

Həmcinslərini Dubayda satan qadın 9 il iş aldı

Həmcinslərini Dubayda satan qadın 9 il iş aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə Mayıl Bayramov sədrlik edib.

Prosesdə hökm oxunub. Hökmə görə, N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, N.İbrahimli qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub.(virtualaz.org)