» » » Məhkəmədə QALMAQAL

Məhkəmədə QALMAQAL

Məhkəmədə QALMAQAL

Dələduzların məhkəməsində qalmaqal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etmədə təqsirləndirilən Ramin Ayvazov və Hüseyn Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Prosesdə ifadə verən zərərçəkmiş Teymur Cəlilov bildirib ki, həmin şəxslər ondan pul tələb edib və əl-ayağını bağlayaraq hədə-qorxu gəliblər.

Zərərçəkmişin ifadəsi təqsirləndirilənlənlərin etirazına səbəb olub və prosesdə qarışıqlıq yaranıb.

Penitensiar Xidmətin əməkdaşlarının səyi nəticəsində hadisənin qarşısı alınıb və təqsirləndirilənlər zaldan çıxarılıblar.

Məhkəmə prosesi sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb. Dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər Teymur Cəlilovu bıçaqla hədələyib və onun mobil telefonunu alıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ramin Ayvazov və əvvəllər məhkum olunmuş Hüseyn Rəhmanov tutulublar.(trend)