» » » 300 manata görə, direktoru öldürənlərdən ŞOK ETİRAF

300 manata görə, direktoru öldürənlərdən ŞOK ETİRAF

300 manata görə, direktoru öldürənlərdən ŞOK ETİRAF

Bakıda taxıl kombinantı direktorunu qətlə yetirməkdə təqsirləndirilən Mahurə Hüseynova, Mübariz Əliyev və Ehtiram Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini tam təqsirli biliblər.

Məhkəmə onlara sərbəst ifadə verməyi təklif edib. Ehtiram Həsənov ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. O bildirib ki, bütün cinayətləri doğurdan da törədib və planları özü qurub: "Müstəntiqə hər şeyi danışmışam. Hamısını səmimi şəkildə etiraf etmişəm. Bəzi cinayətlərdən yanımdakıların xəbəri olmayıb".

Təqsirləndirilən Mübariz Əliyev Mahurə Hüseynovanın keçmiş həyat yoldaşı olduğunu bildirib. O, ifadəsində Ehtiram Həsənovu keçmiş arvadı vasitəsi ilə tanıdığını deyib: "Uzun müddət məhbus həyatı yaşamışam. Boşandıqdan sonra Mahurəyə qızıma görə pul verirdim. O, Ehtiramla məni tanış edəndə qaynı kimi təqdim edib. Verilən ittihamlardan isə ölüm işində iştirakım olduğunu təsdiqləyirəm, amma quldurluq və soyğunçuluqla heç bir əlaqəm olmayıb. Ehtiram bu cinayətləri mənə təklif edəndə qızım xəstəydi, pulum yox idi. Ona görə məcbur olub, bu işə əl qoydum. Qətlə yetirilən Qalib Bağırovun evinə oğurluğa girmişdik, rəhmətlik Ehtiramı tanıdı, buna görə də məcbur olub öldürdük. İstintaqakı ifadəmi təsdiqləyirəm".

Təqsirləndiriləndən Mahurə Hüseynova ifadəsində Mübariz Əliyevin köhnə həyat yoldaşı, Ehtiramın isə ikinci əri olduğunu deyib: "Mübarizdən 8 il əvvəl boşanmışam. Bir gün Nərimanov metrostansiyasının yanına getdim. Evin açarı qırılmışdı. Bir nəfər yaxınlaşdı, mənə kömək etməyi təklif etdi. Adının Ehtiram olduğunu və polis polkovniki olduğunu dedi. Açarı düzəldirdik, mənə harda yaşadığımı soruşdu. Keşlədə qaldığımı dedim. Bildirdi ki, o da Keşlədə qalır. Evlərində kirayə qaldığım Eldar dayını tanıdığını dedi. Deyirdi ki, məndən sənə ziyan gəlməz, polkovnikəm. Nömrəmi verdim. Tez –tez kefimi halımı soruşurdu. Bir gün qızımı it qapmışdı. Bu da mənə zəng eləsə də onun telefonlarını götürmədim. Mesaj yazdı, yazdım ki vəziyyət budu. O, kömək elədi. Bundan sonra münasibətlərimiz yaxşılaşdı. Tez –tez görüşüb, söhbət edirdik. Evlərinə getdim. Tək yaşayırdı, ev tör-töküntü idi. Silib-süpürürdüm. Biz birlikdə qaldıq. Mən evlərə təmizliyə gedirdim. Aramızda kəbin kəsildi. Sonradan bildim ki, kəbin də saxtaymış. Bir müddət keçəndən sonra bu məndən getdiyim evlərin ünvanlarını istəsi. Soruşdum, məhəl qoymadı. Məni qızımla hədələməyə başladı. Özünün "bantid" dostları vasitəsi ilə təzyiq eləyirdi. Həmin zaman Ruhiyyə xanımın evində çalışırdım. Xanım oğlunu Türkiyəyə universitetə düzəltmək istəyirdi. Ehtiram dedi ki, mənim tanışlarım var, polkovnikəm. Ruhiyyə xanım buna 10 min 200 manat verdi. Bacısı da öz oğluna görə 5 min dollar verdi. Onların pulunu bu cür aldadıb aldı".

Mahurə Hüseynova qətlə yetirən Qalib Bağırovunun evinə təmizliyə getdiyini bildirib: "Təmizliyə gedirdim. Tez-tez mənə zəng edib çağırırdı. Bir neçə dəfə mənimlə yaşamağı təklif etmişdi. Demişdi mən də təkəm, sən də təksən də birlikdə qalaq. Mən bununla razılaşmamışdım. Ehtiram vəziyyətdən xəbər tutmuşdu. Qalibin evinə oğurluğa gedecəkdi. Məni qızımla hədələdi, razılaşdım. Mən, Ehtiram və Mübariz danışdıq. Vəzifəm Qalibi evdən çıxartmaq idi. Bunlar da evə girib soyacacaqdı. Axşam tərəfi getdik. Mən işimi gördüm. Mübarizlə Ehtiram evə girdi. Mən evdən 500-1000 metr aralıda maşında gözlədim. Gecəni gəlmədilər. Səhər açıldı. Bunlar gəldilər. Maşında mübahisə düşdü. O zaman anladım ki, Qalibi öldürüblər. Onlar qətli bir-birinin üstünə atmağa çalışdılar. Mən soruşdum ki, biz bura oğurluğa gəlmişdik, niyə öldürdüz? Mübarz dedi ki, kişi Ehtiramı tanıdı, ona görə öldürdük. Mən həmin vaxt şoka düşdüm".

Prosesdə öldürülən Qalib Bağırovun hüquqi varisi Elşən Bağırov ifadə verib. O, ifadəsində mərhumun qardaşı olduğunu deyib: "Oğlu zəng eləyib məni bağa çağırdı. Nə qədər desəm də hadisə barədə mənə bir şey demədi. Durdum getdim, qardaşımın meyiti yerə uzadılmışdı".
Hüquqi varis təqsirləndirilənlərə ən ağır cəzanı tələb edib: " Güllələnməni nahaq çıxarıblar. Sizdən xahiş edirəm ən ağır cəzanı verin".

Prosesdə zərərçəkən şəxs qismində Ruhiyyə Əkbərova ifadə verib. O, ifadəsində bildirib ki, Mahurə Hüseynova onun evində xidmətçi çalışıb. Onun vasitəsi ilə Ehtirama 10.200 manat pul verib ki, oğlunu Türkiyədəki universitetə düzəltsin.

Digər zərərçəkən Mətanət Əkbərovada Ehtirama oğlunu universitetə düzəltməyə görə 5 min dollar pul verdiyini deyib.
Səadət Şəbiyeva və Nuriyyə İsayeva isə bildiriblər ki, onlara qarşı quldurluq edilib. Onları yolda tək tutduqlarını və döyə-döyə çantalarını aldıqlarını bildiriblər.

Prosesdə şahid qismində Röya Quliyeva, Hüseyn Salamov, Sahib Məmmədov, Nadirxan Əliyev, Aydın Rüstəmov, Bayram Bağırov, Bahar Bağırova, Pənah Bağırov, Aydın Rüstəmov şahid qismində dindirilib.

Təqsirləndirilən Məhurə Hüseynova məhkəmə müraciət edib. O bildirib ki, o tutulan zaman digər təqsirləndirilən Ehtiram Həsənovdan hamilə olub: " Mənim uşağım doğulandan sonra üzünü göstərməyiblər. Yoxdur ümiyyətlə. Yoxa çıxarıblar. Nə ölüsünündən nə də dirisindən xəbər yoxdur".

Hakim bildirib ki, bununla bağlı prokurorluq orqanlarına müraciət etsin.
Məhkəmə istintaqının başa çatdığı bildirilib. Porkuor çıxış üçün vaxt istəyib. Məhkəmə sentyabrın 16-da davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 5-də Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.ilkin araşdırmalarla müəyyən edilib ki, qətli məhrumun tanışı Mahurə Hüseynova təşkil edib. Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıblar. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa biliblər.

Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.(lent)