» » » Bakıda DƏHŞƏTLİ QƏZA: 4 nəfər maşının altında qaldı - 3 ÖLÜ

Bakıda DƏHŞƏTLİ QƏZA: 4 nəfər maşının altında qaldı - 3 ÖLÜ

Bakıda DƏHŞƏTLİ QƏZA: 4 nəfər maşının altında qaldı - 3 ÖLÜ

Ötən gecə Bakıda 3 piyada yol qəzasının qurbanı olub.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu Məhəmmədi kəndində 1988-ci il təvəllüdlü Səfərov Anar Möhübbət oğlu idarə etdiyi "AzSamand" ilə 3 nəfəri vurub. Nəticədə 1991-ci il təvəllüdlü Salmanov Ərzuman Hidayət oğlu və 1988-ci ildə anadan olmuş Əliyev Elçin Zirəddin oğlu hadisə yerindəcə keçiniblər. Ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zahidov Elbrus Ağanəzər oğlu isə xstəxanaya yerləşdirilib.

Oxşar hadisə Sabunçu rayonu Birinci Zabrat qəsəbəsində də baş verib. Şəhər şosesində Əliyev Fikrət Yusif oğlunun sürdüyü "VAZ 2107"nin altında qalan 1964-cü il təvəllüdlü Əliyev Zahir Natiq oğlu vəfat edib.

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.