» » » Binadan atılan uşaqla maraqlanmayan polisdən CAVAB: "Material prokurorluqdadır"

Binadan atılan uşaqla maraqlanmayan polisdən CAVAB: "Material prokurorluqdadır"

Binadan atılan uşaqla maraqlanmayan polisdən CAVAB: "Material prokurorluqdadır"

Binəqədi Rayon Polis İdarəsi avqustun 26-da çiynində əjdaha şəkli olanlar tərəfindən binadan atılan azyaşlının istintaq işi ilə adı çəkilən Polis bölməsinin maraqlanmamaları ididialarına cavab verib.

Bölmənin sahə inspektoru, polis kapitanı Hafiz Cəbrayılov Ucarliyiq.biz-a açıqlamasında istintaq işi ilə bağlı araşdırmaların aparıldığını və Prokurorluğa göndərildiyini deyib.

"Hadisə ilə bağlı ekspert təyin olunub, valideynin birinci həyat yoldaşından izahat alınıb. Hazırda uşağın səhhəti yaxşıdır. Polis bölməsi tərəfindən araşdırma aparılır. Uşağın anasının birinci həyat yoldaşı Zaurdan və anasından izahat alınıb və prokuroluğa göndərilib.İIlk vaxtlar uşaq narkozda idi səhhətində problem var idi. Artıq onun səhhəti getdikcə yaxşılaşır. Uşağın ifadəsi yenidən valideynindən alınacaq".

Qeyd edək ki, 26 avqustda Binəqədidə 9 mərtəbəli binanın zirzəmisində yaşayan Ağdam qaçıqnı olan bir ailənin uşağı axşam saatlarında 21-35 radələrində (qızın adı Aytəndir) evlərində düz qapının ağzından 1 kişi və 1 qadın tərəfindən ağzına keyləşdirici ilə isladılmış qara əsgi basılaraq 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yerə atılıb.

Xatırladaq ki, uşaq çox ciddi zədə və qırıqlarla semaşkaya çatdırılıb. Bir gün komada qaldıqdan sonra uşaq ayılaraq hər şeyi polisə danışıb. Onu binadan atan qadının çiynində əjdaha şəkli olub və şəklin üzərində ölüm yazılıbmış, qadının barmağı yaralı imiş. Uşağın müqavimətlərinə baxmayaraq ilk əvvəl pəncərədən ayaqlarını çıxarıb sonra isə başından basaraq 9-cu mərtəbədən yerə atıblar.

Uşağın verdiyi bu qədər məlumatlara baxmayaraq Binəqədi rayon 4-cü polis bölməsi hadisə ilə heç maraqlanmır.

"Polis uşağın valideyninə deyir ki, siz tapın biz gedək tutaq. Hadisəni araşdıran prokuror da 21 yaşında Nilufər adlı bir qızdır. Hadisə yeri nəzarətə alınmayıb, uşaq nəzarətə alınmayıb, binanın ətrafında gündə bir maşınlar fırlanır".

Aysel