» » » Astarada oğlun atasını öldürmə SƏBƏBİ... - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Astarada oğlun atasını öldürmə SƏBƏBİ... - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Astarada oğlun atasını öldürmə SƏBƏBİ... - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Astara rayon Pəlikeş icra nümayəndəliyindən Publika.az-a bildirilib ki, öldürülən Xafitəli Tağıyevin ruhi problemləri olub: "Onların nəslində psixi problemlər var. Xafitəli Tağıyevin də ruhi problemləri var idi. Düzü, onun bu vaxta qədər heç kimlə problem yaşadığını eşitməmişdik, amma xəstəliyini hamı bilirdi. Hadisə baş verən gün evdə ata, ana və oğlu olub. Digər uşaqları ailə qurmuşdu. Cəsarət isə hələ subay idi, valideynləri ilə yaşayırdı. Onun atasını nə üçün öldürdüyünü isə deyə bilmərik".

Xafitəli Tağıyevin qardaşı Fədail Tağıyev Publika.az-a qardaşının oğlu ilə həmişə problemlərinin olduğunu deyib: "Qardaşımın ruhi problemləri var idi. Cəsarətlə də yol getmirdilər. Əvvəllər də aralarında dəfələrlə mübahisələr olub. Qardaşım oğlanlarından birinin yoldaşını Cəsarətə qısqanırdı. Həmin oğlu lal-kar idi. Amma Cəsarət yaxşı oğlandır, o heç vaxt qardaşının yoldaşına pis gözlə baxmaz. Qardaşımın ruhi problemləri olduğundan belə sözlər desə də, diqqət etmirdik. Yəqin dünən çox əsəbləşdirib Cəsarəti, o da, özünü saxlaya bilməyib, atasını bıçaqlayıb".

F.Tağıyev bildirib ki, Cəsarət atasını öldürəndən sonra özü polisə təslim olub.

Astarada qətl hadisəsi baş verib.

Hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C.Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (apa)