» » » QANDONDURAN OLAY! 25 yaşlı ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır...

QANDONDURAN OLAY! 25 yaşlı ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır...

QANDONDURAN OLAY! 25 yaşlı ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır...

Şəhla Əliyevanın qayınatası Məhəmməd Əliyev Publika.az-a bildirib ki, gəlinin ölümünə səbəb həkimlərdir:

"Gəlimin süd vəzində ağrıları olduğuna görə həkimə getmişdi. Həkimin yazdığı müalicədən sonra ağrılar keçdi. Lakin sonradan ağrılar təkrar başladı,bu dəfə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına apardıq, dalağının üstündə şiş gördüklərini dedilər. Qəbələyə getməyi məsləhət gördülər.Qəbələ rayon Mərkəzi xəstəxanasında Şəhlanı yenidən müayinə etdilər, onlar da dalağın üstündə şiş gördülər və Bakıya aparmağı məsləhət gördülər. Bakıda 5 nömrəli xəstəxanada həkimlər müayinə edib, mütləq əməliyyat edilməli olduğunu deyiblər. Həmin vaxt mənim həyat yoldaşım və Şəhlanın atası gəlinimin yanında olub. Onlar Bakıda özəl klinikaları tanımırlar. 5 nömrəli xəstəxananın həkimləri "İnternational" klinikasına aparmağı məsləhət görüblər. Oradakı həkimlərin çox bacarıqlı olduğunu deyiblər. Bizimkilər də, onlara inanıb, həmin klinikaya aparıblar. Orada da əməliyyat ediblər. Həkimlər əməliyyatın çox yaxşı keçdiyini deyiblər, yoldaşımgilə də evə getməyi məsləhət görüblər. 1 saatdan sonra zəng ediblər ki, xəstənin vəziyyəti pisləşib. Təkrar xəstəxanaya gediblər. Şəhlada daxili qanaxma olduğunu deyiblər. Əlavə qan vurublar, amma qız ölüb. Axı dalaq əməliyyatından adam ölməz? Atası dəqiq səbəbi tələb edib həkimlərdən. Onlar da daxili qanaxma deyib, başqa heç nə deməyiblər. Amma biz düşünürük ki, həkim səhvi olub. Axı əməliyyatdan sonra nə ola bilər?".

Qaynatası bildirib ki, Ş.Əliyevanın iki uşağı var, onlardan biri 3, digəri 1 yaş yarımlıqdır. İkinci uşağı ana südü ilə qidalanır, bütün gecəni uşaqlar anasını istəyib.

Klinikadan onlara ölüm kağızını verməyiblər.
Məsələ ilə bağlı "İnternational Medical Center"lə əlaqə saxladıq. Klinikadan bildirdilər ki, nə baş həkim, nə müavinlər işdədir. Ümumiyyətlə, klinikada suallarımıza cavab verəcək bir həkim belə tapılmadı.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, ölüm faktı özəl klinikada baş verdiyindən yalnız vətəndaşın müraciətindən sonra araşdırma aparıla bilər.

***

Bakıda əməliyyat olunan gənc ana dünyasını dəyişib.

Ucarliyiq.biz criminal.az-a istinadən bildirir ki, İsmayıllı rayonu, Lahıc kənd sakini, 25 yaşlı Şəhla Əliyeva iki gün əvvəl paytaxta gətirilərək "İnternational" klinikasında əməliyyat olunub. Onun dalağı əməliyyat yolu ilə çıxarılıb. Lakin dünən xəstə dünyasını dəyişib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, əməliyat zamanı Ş.Əliyevanın damarı zədələnib. Daxili qanxması olan qadın dünən dünyasını dəyişib. Mərhumun yaxınları iddia edirlər ki, Ş.Əliyeva onu əməliyyat edən cərrahın səhlənkarlığının qurbanı olub. Çünki həmin gün Şəhla cərrahın eyni gündə əməliyyat etdiyi 5-ci xəstə olub.

İki azyaşlı anası olan Ş.Əliyeva bu gün Lahıca aparılaraq dəfn edilib.

Ölümlə bağlı klinika ilə əlaqə saxlasaq da, iş günü olmadığından Ş.Əliyevanı əməliyyat edən həkimlə danışmaq mümkün olmadı.