» » » Dostu 23 yaşlı gənci bıçaqladı-BAKIDA

Dostu 23 yaşlı gənci bıçaqladı-BAKIDA

Dostu 23 yaşlı gənci bıçaqladı-BAKIDA

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Qanlı hadisə rayonun Səttar Bəhlulzadə 62 ünvanında törədilib. 23 yaşlı Sənan Quliyevin tanışı ilə mübahisəsi düşüb. Mübahisə zamanı həmin şəxs Sənana 4 bıçaq xəsarəti yetirib və daha sonra hadisə yerini tərk edib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər Sənan Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Qanlı hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.