» » » QANDONDURAN OLAY: Tovuzda ər arvadının başını kəsdi - TƏFƏRRÜAT (YENİLƏNİB)

QANDONDURAN OLAY: Tovuzda ər arvadının başını kəsdi - TƏFƏRRÜAT (YENİLƏNİB)

QANDONDURAN OLAY: Tovuzda ər arvadının başını kəsdi - TƏFƏRRÜAT (YENİLƏNİB)

Ötən gün axşam saatlarından Tovuz rayonunda baş verən qətlin dəhşətli təfərrüatları bəlli olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğlu öz həyat yoldaşını qısqanclıq zəminində öldürüb.

Belə ki, qətli törədən şəxs həyat yoldaşının Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müddətdən artıq xidmət edən (MAXE) işçi kimi çalışmasına etiraz edib və hələ Rusiyada olduğu müddətdə həyat yoldaşına işləməsini irad kimi bildirib. 24 yaşlı Aytəkin Ədalət qızı İbrahimova ilə 31 yaşlı ərinin mübahisəsi o qədər qızışıb ki, qadın iki ay əvvəl övladlarını da götürərək atasının evinə qayıdıb.

Sentyabrın 10-da Rusiyadan qayıdan kişinin həyat yoldaşı ilə mübahisələri davam edib və ötən gün axşam saatlarında marşrut avtobusunu dayandıraraq həyat yoldaşını oradan düşürüb və onun boğazını kəsib.

Daha sonra isə ərazidə olan taksi sürücülərindən birinə yaxınlaşaraq həyat yoldaşını öldürdüyünü və onu polis idarəsinə aparmasını xahiş edib.

Taksi sürücüsü imtina etdikdə isə onun avtomobilinə əyləşərək polis idarəsinə gəlib və könüllü təslim olub.

Faktla bağlı Tovuş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qətl baş verən ailənin iki azyaşlı övladı var. (a24.az)

***

20.09.2016 22:09

Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.

Tovuz rayonu, Alakol kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalar zamanı 24 yaşlı Aytəkinin həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğlu tərəfindən öldürüldüyü məlum olub.

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub