» » » Salyanda 29 yaşlı oğlan ÖLDÜRÜLÜB

Salyanda 29 yaşlı oğlan ÖLDÜRÜLÜB

Salyanda 29 yaşlı oğlan ÖLDÜRÜLÜB

Salyan rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Salyan şəhərində qeydə alınıb. Salyan şəhəri Elçin İmanov küçəsi - 18 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Rzayev Nizami Müqabil oğlu Ədalət adlı şəxs tərəfindən bıçaqlanıb.

Beş bıçaq yarası ilə Salyan Mərkəz Rayon Xəstəxanasına çatdırılan N. Rzayev xəstəxanada cərrahiyyə əməliyyatı zamanı ölüb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.