» » » Dostunu qanına qəltan edən şəxs: "Əcəb eləyib öldürmüşəm" - VİDEO - FOTO

Dostunu qanına qəltan edən şəxs: "Əcəb eləyib öldürmüşəm" - VİDEO - FOTO

Dostunu qanına qəltan edən şəxs: "Əcəb eləyib öldürmüşəm" - VİDEO - FOTO

Davanı sülhlə yox, silahla, həm də soyuq silahla həll etmək qərarına gələn dostlardan biri digərini qanına qəltan edib.

Ucarliyiq.biz ARB TV-yə istinadən xəbər verir ki, bıçaqlanma hadisəsi Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 18 ünvanında yerləşən yataqxananın qarşısında baş verib. Yaxınlıqda yerləşən kafelərdən birində yeyib-içən Kərim Abdullayevlə Vüqar Əliyev sonradan mübahisə ediblər. Kafedə başlayan mübahisə çöldə də davam edib. Söz davası əlbəyaxaya keçəndə 25 yaşlı Kərim cibindən bıçaq çıxarıb.

Kərimin sözlərinə inansaq, onunla yeyib-içən Vüqarın dilini qısaltmaq üçün bıçağa əl atıb: "Çörək yedik, çıxdıq. İçkili idi, söyüş söydü mənə. Elə söyüş söydü ki, özümü saxlaya bilmədim, vurdum. İşimlə əlaqədar olaraq üstümdə olur bıçaq. Yemək-zad doğrayıb eləməyə".

Cinayətkar etdiyi əməldən peşman olmadığını da bildirib: "Söyüş söyüb, vurmuşam. Niyə peşman olum ki? Peşmançılığı o eləsin. O peşman olsun ki, söyüş söyüb mənim azadlığımı əlimdən alıb".

Xəstəxanaya çatdırılan Vüqar Əliyevin həyatını xilas etmək mümkün olub. Vurulan iki zərbədən biri daxilə nüfuz etdiyindən həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirir.

Baş vermiş faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində CM qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb.

Bakıda dostlar arasında yaranan münaqişə bıçaqlanma ilə nəticələnib.

Ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Abay Kunanbayev küçəsində baş verib.

Belə ki, kafedə yeyib-içən Kərim Abbasov dostu Vüqar Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Abbasov cibindən çıxardığı bıçaqla dostuna iki zərbə vurub. Ağır yaralanan V.Əliyev xəstəxanaya çatdırlıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

K.Abbasov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.