» » » Anasını 41 yerindən bıçaqlayan Günelin məhkəməsi qapalı keçəcək: İntim məsələsinə GÖRƏ

Anasını 41 yerindən bıçaqlayan Günelin məhkəməsi qapalı keçəcək: İntim məsələsinə GÖRƏ

Anasını 41 yerindən bıçaqlayan Günelin məhkəməsi qapalı keçəcək: İntim məsələsinə GÖRƏ

Günelin məhkəməsi qapalı keçiriləcək - İntim məlumatlar olduğu üçün...
"Günelin məhkəməsi qapalı keçiriləcək - İntim məlumatlar olduğu üçün...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anası "Qızıl Məryəm"i qətlə yetirməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və dostu Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ucarliyiq.biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib.

Müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirrinin pozulması və adıkeçən şəxslərin intim münasibətlərinə dair məlumatlar olduğu üçün prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin olunub və proses qapalı elan edilib.

Qeyd edək ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb.

Cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.