» » » Həmyaşıdını blçaqlayıb qaçdı - ŞƏKİDƏ - VİDEO - FOTO

Həmyaşıdını blçaqlayıb qaçdı - ŞƏKİDƏ - VİDEO - FOTO

Həmyaşıdını blçaqlayıb qaçdı - ŞƏKİDƏ - VİDEO - FOTO

Şəkidə iki kişi mübahisəsinə soyuq silahla aydınlıq gətirib.

Ucarliyiq.biz ARB TV-yə istinadən xəbər verir ki, rayonun Çayqaraqoyunlu kənd sakini, 30 yaşlı Tofiq Xəlilov döş qəfəsinin kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Belə ki, Tofiq Xəlilovla həmkəndlisi və həmyaşıdı Hikmət Musayev arasında mübahisə düşüb. Bu zaman Hikmət Musayev üzərində olan bıçaqla Tofiq Xəlilovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.