» » » Oğrular Lənkəranskiyə görə belə birləşdi

Oğrular Lənkəranskiyə görə belə birləşdi

Oğrular Lənkəranskiyə görə belə birləşdi

Türk və çeçen qanuni oğrular Moskvadakı meyvə-tərəvəz bazarlarından və ticarət obyektlərindən gələn gəlirə görə birləşmək qərarı verib.

Ucarliyiq.biz bildirir ki, bu, son 26 il ərzində ən böyük birləşmə kimi qəbul edilir.

Sputnik-in iddiasına görə, Berlində keçirilən "sxodka"da türk və çeçen qanuni oğrular qərar verərək avqustda öldürülmüş azərbaycanlı qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) düşmənlərinə qarşı birləşiblər.

Qanuni oğru Xamzat Qastamirov (Şeyx Xamzat) Almaniyada yaşayan türk mafiyalarından birinin başçısı Bülent Bafralının dəstəsi ilə birləşib. Məlumata görə, çeçenlər və türklər 2013-cü ilin yanvarında öldürülmüş Aslan Usoyanın (Ded Xasan) dəstəsinə qarşı birləşib.

Qeyd edək ki, Rövşən Lənkəranskinin ölüm əmrini Ded Xasanın dəstəsindən olan "Şakro Maladoy"un verdiyi iddia olunur. (Baku.vs