» » » Bacısını qaçırdığı üçün dayısı oğlunu ÖLDÜRDÜ-BAKIDA-YENİLƏNİB

Bacısını qaçırdığı üçün dayısı oğlunu ÖLDÜRDÜ-BAKIDA-YENİLƏNİB

Bacısını qaçırdığı üçün dayısı oğlunu ÖLDÜRDÜ-BAKIDA-YENİLƏNİB

Bakının Sabunçu rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

Ucarliyiq.biz "Report"-a istinadən bildirir ki, qətl hadisəsi Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən körpünün üzərində baş verib.

Məlumata görə, 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.
N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.
Qeyd edək ki, qətlə yetirən və qətlə yetirilən Ağdam rayonundan məcburi köçkün düşən şəxslərdir.

---------

11:19

Bakıda qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, Sabunçu Rayon Prokurorluğundan report-a verilən məlumata görə, rayon ərazisində 1995-ci il təvəllüdlü Nurlan Quliyev dayısı oğlu 24 yaşlı Maarif Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb.

M.Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

N.Quliyev isə könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı istintaq aparılır.