» » » DƏHŞƏT! Ata oğlunu qanına qəltan elədi - Xaçmazda

DƏHŞƏT! Ata oğlunu qanına qəltan elədi - Xaçmazda

DƏHŞƏT! Ata oğlunu qanına qəltan elədi - Xaçmazda

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon polis şöbəsindən verilən məlumata görə, rayon sakini Əzizov Şirinbala Nizami oğlu doğma oğlu Əzizov Nizami Şirinbala oğlunu bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Ailədə baş vermiş münaqişə ata ilə oğulun davası ilə nəticələnib. Həticədə Ş.Əzizov oğlu N.Əzizova 5 bıçaq zərbəsi endirib.

Yaralı vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Əzizovun həyatını xilas etmək mümkün olub. N.Əzizov hazırda xəstəxanada həkim nəzarətində saxlanılır.

Hadisəni törədən Ş.Əzizovun ifadəsi alınsa da, saxlanılmayıb. Oğlunu bıçaqlayan ata ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Hazırda Xaçmaz rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.(trend)