» » » Siyəzəndəki qəzanın QANDONDURAN GÖRÜNTÜLƏRİ -VİDEO

Siyəzəndəki qəzanın QANDONDURAN GÖRÜNTÜLƏRİ -VİDEO

Siyəzəndəki qəzanın QANDONDURAN GÖRÜNTÜLƏRİ -VİDEO

Siyəzəndə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Hadisə Qəza Bakı-Quba-Rusiya federasiyası sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzada 99 AC 039 dövlət nömrə nişanlı "Azsamand" markalı maşınla 10 UT 453 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı avtomobil toqquşub. Toqquşmadan sonra "Azsamand" yol kənarındakı dəmir maneyə çırpılıb. Avtomobilin sürücüsü 33 yaşlı Davud Rəsulov yerindəcə dünyasını dəyişib. Qəzadan sonra hadisə yerində daha bir faciəvi hal yaşanıb.

Belə ki, qəzada xəsarət alanlara kömək etmək istəyən Güldəstə İsmayılova yoldan keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Qəza zamanı "Azsanmand"da olan sərnişinlər Səkinə Hüseynova, Robert Adgözəlov, Elman Adgözəlov və "VAZ 21 06"nın sürücüsü Mübariz Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır. (ARB)