» » » Binəqədi sakini özünü bıçaqlayaraq İNTİHAR ETDİ

Binəqədi sakini özünü bıçaqlayaraq İNTİHAR ETDİ

Binəqədi sakini özünü bıçaqlayaraq İNTİHAR ETDİ

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun 2-ci mədən ərazisində qeydə alınıb. Orada yaşayan, 23 yaşlı İxtiyar Arif oğlu Xudaverdiyev yaşadığı evdə özünü bıçaqlayıb. O, təcilli olaraq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. İ. Xudaverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.