» » » İntihar edən Hüseynin ən yaxın dostu DANIŞDI: Sevgilisi də...

İntihar edən Hüseynin ən yaxın dostu DANIŞDI: Sevgilisi də...

İntihar edən Hüseynin ən yaxın dostu DANIŞDI: Sevgilisi də...

Xəbər verdiyimiz kimi, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar edib.

Tələbə Hüseyn haqqında bir sıra məlumatlar əldə edilib. Hüseynin qrup yoldaşı və ən yaxın dostu mərhumla bağlı danışıb:

"Onun ölüm xəbərini eşidəndə şok oldum. Əslində kimin günahkar olmağının heç bir mənası da yoxdur. Çünki o, artıq yoxdur. Hamıya təəccüblü gəlib ki, 670 bal toplayıb, necə intihar edə bilər? Məsələ balda deyil. O insan kimi insan, dost kimi dost idi. Çox mədəni biri idi. Bir neçə fənndən kəsirləri var idi. Keçən ilin ikinci semestrindən etibarən dərslərlə maraqlanmırdı. Bizim dərslərimiz çox çətindir. Maraqlanmırdı deyə həvəsdən də düşmüşdü. Bəlkə də buna görə depressiyaya düşmüşdü. Amma hiss etdirməmişdi bizə. Bu il semestr başlayanda cəmi iki dəfə dərsə gəldi. Axırıncı dəfə onda gördüm. Artıq oxumağa həvəsi yox idi. Axırıncı dəfə onunla sentyabrın 23-də yazışdıq. Ondan soruşdum ki, universitet həyatını nə edəcəksən? Bir kəlmə yazdı ki, bilmirəm. Əslində başında başqa fikir də yox idi, sevgilisi də yox idi. Hüseynin ailəsi Gəncədə yaşayır, özü isə yataqxanada qalırdı. Bir böyük qardaşı da var. Ailəsi də şokdadır. O, belə bir sonluğa layiq deyildi".(big.az)