» » » SON DƏQİQƏ!Lənkəranskinin qatilinin cinayət işi YOXA ÇIXDI

SON DƏQİQƏ!Lənkəranskinin qatilinin cinayət işi YOXA ÇIXDI

SON DƏQİQƏ!Lənkəranskinin qatilinin cinayət işi YOXA ÇIXDI

Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət işi "yoxa çıxdı".

Ucarliyiq.biz bildirir ki, Rusiya İstintaq Komitəsinin baş istintaq idarəsi "qanuni oğru" Zaxari Kalaşovun (Şakro Molodoy) istintaq materiallarının Moskvada yoxa çıxması haqda məlumat yayıb.
Cinayət işi materiallarında o, və adamlarının "Kristal", "Golden pelas" kazinolarını ələ keçirməsi əks olunmuşdu. Bu barədə hüquq-mühafizə orqanlarına istinadən Rosbalt saytı məlumat yayıb.
İnformasiyaya görə, İstintaq Komitəsinin paytaxt şöbəsinin sədr müavini Denis Nikandrovun və idarənin mühafizə xidmətinin başçısı Mixail Maksimenkonun həbsindən sonra prokurorluq onların aidiyyəti olduğu digər işlərlə də maraqlanmağa başlayıb. Diqqəti çəkən materiallardan biri də 2015-ci ildə Kalaşovun kazinonu zəbt etməsi ilə bağlı dosye olub.

Qeyd edək ki, bu hadisə qətllə nəticələnmişdi.
Lakin Nikandrovun qərarına əsasən materiallar gözlənilmədən Rusiya İK-nin baş idarəsindən Taqansk rayonunun istintaq orqanlarına göndərilərək, "itirilib". Tanqansk rayonunda aparılan axtarış zamanı materiallar aşkar edilməyib.
Xatırladaq ki, Nikandrov və Maksimenko külli məbləğdə rüşvət almaq ittihamı üzrə həbs olunmuşdular. Qeyri-rəsmi məlumata görə, onlar "Şakro Molodoy"dan pul alaraq "qanuni oğru"nun adamı Andrey Koçuykovu ("İtalyan" ləqəbli) azadlığa buraxmalı imişlər. Andrey Koçuykov 2015-ci ilin 14 dekabrında Moskvanın "Elements" restoranında baş verən atışmaya görə həbs olunmuşdu.
Qeyd edək ki, "Şakro Molodoy"un adı Rövşən Canıyev (Lənkəranski) qətlinin sifarişçiləri arasında səslənirdi. (avropa.info)