» » » Silah-sursat satmaq istəyən Tərtər sakini tutuldu

Silah-sursat satmaq istəyən Tərtər sakini tutuldu

Silah-sursat satmaq istəyən Tərtər sakini tutuldu

Tərtər rayon sakininin üzərindən avtomat və onun patron və darağı aşkarlanıb.
Ucarliyiq.biz report-a istinadən bildirir ki, Tərtər rayon sakini 1973-cü il təvəllüdlü Şikar Baxşalı Oğlu Məmmədov Bərdə rayonu ərazisində silah-sursat satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 1 ədəd "AK" markalı avtomat, 2 ədəd patron darağı, 42 ədəd patron aşkar edilib.
Araşdırmalar zamanı Ş.Məmmədova həmin silahı və döyüş sursatını Laçın rayon sakini, 1983-cü il təvəllüdlü Tacir Telman oğlu İsgəndərovun satdığı məlum olub. Faktla bağlı T.İsgəndərov saxlanılıb.

Araşdırmalar aparılır.