» » » Evdə tək qalan qadının meyiti tapıldı - Bakıda

Evdə tək qalan qadının meyiti tapıldı - Bakıda

Evdə tək qalan qadının meyiti tapıldı - Bakıda

Ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Svetlana Desi qızı Minnətovanın meyitini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.