» » » Arvadını amansızcasına öldürən ər intihar etdi

Arvadını amansızcasına öldürən ər intihar etdi

Arvadını amansızcasına öldürən ər intihar etdi

Türkiyədə ötən gün cinayət faktı qeydə alınıb.

Xarici mətbauta istinadən xəbər verilir ki, Tokatda 24 yaşlı Ümit Çolak 3 ay öncə evləndiyi arvadını öldürüb, sonra da həmin silahla özünə atəş açıb.

Qadın və Ümit Çolak dərhal xəstəxanaya çatdırılıblar. Qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qadın ərindən boşanmaq istəyib və evi tərk edib. Kişi qadının yaşadığı yerə gələrək onunla mübahisə edib. Əsəblərinə hakim ola bilməyən Ümit silahını çıxararaq xanımını öldürüb, sonra da özünə atəş açıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(milli)