» » » Bakıda 39 min dollarlıq oğurluq-"Səhərdən axşamadək"...

Bakıda 39 min dollarlıq oğurluq-"Səhərdən axşamadək"...

Bakıda 39 min dollarlıq oğurluq-"Səhərdən axşamadək"...

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan, 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılıb.

Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.