» » » DƏHŞƏT: Qanlı dərədə qanlı OLAY, yaralı var

DƏHŞƏT: Qanlı dərədə qanlı OLAY, yaralı var

DƏHŞƏT: Qanlı dərədə qanlı OLAY, yaralı var

Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb.

Ucarliyiq.biz-ın məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında, Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.

Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi "Lada Priora" markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq "Qanlı dərə" adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. APA