» » » Lənkəranskinin şadlıq sarayı niyə bağlanıb?

Lənkəranskinin şadlıq sarayı niyə bağlanıb?

Lənkəranskinin şadlıq sarayı niyə bağlanıb?

Azərbaycanlı mərhum avtoritet Rövşən Canıyevə (Lənkəranski) aid olduğu bildirilən şadlıq sarayı bağlanıb.

Bu barədə Ölkə.Az saytına məlumat daxil olub.

Bakının Nizami rayonu, Mikayıl Əliyev 17 ünvanında yerləşən və kriminal avtoritet Rövşən Canıyevə məxsus olduğu bildirilən "Neon Palace" şadlıq sarayı Canıyevin qətlindən sonra fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı restoranın rəhbərliyi ilə əlaqə saxlayıb. Şadlıq sarayının Emin adlı administiratoru məlumatın yalan olduğunu bildirib.

"Yayılan məlumat yalandır. Restoran fəaliyyət göstərir.Bizim növbəti aylarda nə qədər toylarımız yazılıdı və bu proses davam edir. Necə ola bilər ki, restoran bağlansın? Bu bəzi şəxslərin, gözü götürməyənlərin uydurmasıdır."

Xatırladaq ki, Lənkəranski avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalıb. Vəziyyəti ağır olan Canıyev xəstəxanada dünyasını dəyişib.