» » » "Bir qəbiristanlıq adam öldümüşəm" - Lənkəranskinin qisasını almağa söz verən mafioz

"Bir qəbiristanlıq adam öldümüşəm" - Lənkəranskinin qisasını almağa söz verən mafioz

"Bir qəbiristanlıq adam öldümüşəm" - Lənkəranskinin qisasını almağa söz verən mafioz

Rövşən Lənkəranskinin qisasını alacağına söz verən İtaliya mafiya başçısı Matteo Messina Denaronun kimliyinə aydınlıq gəlib. İnternet resurslarından əldə etdiyimiz məlumata görə "Dyabolik" ("İblis") ləqəbli Messina Denaro 1962-ci ildə Siciliyada "Don Çiçço" ləqəbli mafioz Françeko Messinanın ailəsində anadan olub. Deyilənə görə, hələ uşaq vaxtı atası ona tapançadan atəş açmağı öyrədirmiş. Məktəbdə əla qiymətlərlə oxuyan Matteo ali təhsil ala bilmir. Çünki elə Rövşən Lənkəranski kimi, atasının düşmənini öldürür. Alkamodan olan mafiya başçısı Vinçentso Milatsonu qətlə yetirən Matteo, iki gün sonra onun sevgilisi Antonella Bonomonu da yatdığı yerdə boğur.

İtaliya xəfiyyəsi Matteonun indiyədək 60-dan çox insanı qətlə yetirdiyi qənaətindədir

Elə bu fikrin özü də Matteoya məxsusdur: "İndiyəcən bir qəbiristanlıq Adam öldürmüşəm".

Matteo Denaro 23 ildir ki, axtarışdadır. Onun yerini tapa bilmirlər, izinə düşsələr də, hər dəfə aradan çıxıb. Amma 2010-cu ildə neçə vaxtdan sonra polis onun izinə düşə bilir. Minə yaxın polisin iştirakıyla "Qolem-3" kod adı altında əməliyyat keçirilir. Amma polisin özündən əməliyyat barədə Matteoya xəbər verirlər. O, aradan çıxmağı bacarır.

Eyni hal keçən ilin avqustunda da yaşanır. Polis 11 mafiya başçısını saxlayır. Onlar Matteo Messina Denaro ilə bağlılıqda şübhəli bilinirlər. Sən demə, İtaliya polisi Siciliyanın cənub-qərbində yerləşən fermalardan birini izləyib. Burada Denaronun müraciətini cinayət aləminə çatdırmaq üçün mafiya başçıları toplaşıbmış.
Polis fermaya toplaşan mafiya başçılarını dinləyə bilmək üçün ən yüksək texnologiyadan istifadə edib. Amma yenə Matteonun harada olması barədə heç nə əldə edə bilməyib

Matteo heç vaxt ailəli olmayıb. Amma deyilənə görə, nikahdankənar bir oğlu var.

***
İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb. Lent.az-ın "sputnik"ə istinadən məlumatına görə, polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən "Le Sirenuse" və "Hotel Covo dei Saraceni" otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.

Məlumata görə, "Covo dei Saraceni" oteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adyıla tanınan Xamzat Qastamirovun xanımının, ikinci oteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib.
2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən otellərdən başqa İtaliyada nəğd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.
Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa verilmişdi.
Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var. Və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.
Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi. Başqa bir məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi "Dyabolik") və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.(lent.az)

"Bir qəbiristanlıq adam öldümüşəm" - Lənkəranskinin qisasını almağa söz verən mafioz