» » » Gəncə sakini həmyerlisini güllələdi

Gəncə sakini həmyerlisini güllələdi

Gəncə sakini həmyerlisini güllələdi

Gəncədə silahlı insident olub.
Ucarliyiq.biz DİN-ə istinadən bildirir ki, oktyabrın 17-də şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfəngdən atəş açaraq xəsarət yetirib.
R. İsmayılov Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb.