» » » Bakıda binadan yıxılan 19 yaşlı qadının ölümü ilə bağlı YENİ FAKTLAR - YENİLƏNDİ

Bakıda binadan yıxılan 19 yaşlı qadının ölümü ilə bağlı YENİ FAKTLAR - YENİLƏNDİ

Bakıda binadan yıxılan 19 yaşlı qadının ölümü ilə bağlı YENİ FAKTLAR - YENİLƏNDİ

Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, özünü yerə atan qadın əvvəlcə qollarını kəsərək intihara cəhd edib.
Məlumata görə, ötən gecə Yeni Günəşli qəsəbəsi "AB" yaşayış massivi ev 56 mənzil 27 ünvanında yaşayan 1997-ci il təvvəllüdlü Əsgərova Sərvinaz Salman qızı şam yeməyi vaxtı həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra o, qollarını kəsməyə başlayıb. Həyat yoldaşı isə ona mane olmağa çalışıb. Lakin fikrindən dönməyən gənc qadın özünü yaşadıqları evin eyvanından yerə atıb. O, yerə düşərkən paltarların asıldığı iplərə dəyib.
Yerə çırpılan S.Əsgərova xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib.
Ölən qadının 2 yaşlı övladı var.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.