» » » Həyatyoldaşını bıçaqlayan ərdən QANDONDURAN ETİRAF - Arvadımı başqası ilə..- FOTO

Həyatyoldaşını bıçaqlayan ərdən QANDONDURAN ETİRAF - Arvadımı başqası ilə..- FOTO

Həyatyoldaşını bıçaqlayan ərdən QANDONDURAN ETİRAF - Arvadımı başqası ilə..- FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilir.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib: "Onu öldürmək niyyətim olmayıb. Öldürmək istəsəydim, öldürərdim. Arvadımın telefonunda vatsap yazışmalarını gördüm, uşağımı götürüb getmək istədim... İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".

A.Məmmədov bildirib ki, həyat yoldaşını vurmaqda məqsədi onun ağlının başına gəlməsi olub: "Uşağımı istəyirdim. Evin həyətinə gizlicə gəldim. Günayı əvvəl vurdum, qaçdı qonşunun həyətinə. Bıçağın əyilməsindən xəbərim olmayıb. Köhnə mətbəx bıçağı idi. Hadisə zamanı qonşular bıçağı görən kimi qaçıb evə girdilər".

Daha sonra zərərçəkmiş, A.Məmmədovun həyat yoldaşı dindirilib. O qeyd edib ki, A.Məmmədov əvvəl onu bıçağın arxa tərəfi ilə vurub: "Həmin zaman oğluma dedim ki, oradan uzaqlaşsın. Ayxan məni oğlumun gözünün qabağında vurdu. O, mənim saçımdan tutub çəkirdi, qaçıb qonşumuz Xuramanın evinə getmək istəyirdim. Sonra Ayxan bıçağı çıxarıb mənə vurdu. Ayxan başqa bıçaq götürmək istəyəndə qonşuya qaçdım. Balaca oğlum mağazada idi, onu oradan götürüb xəstəxanaya getdik".

Məhkəmənin növbəti prosesi noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.