» » » Zərdabda ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama

Zərdabda ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama

Zərdabda ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama

Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Ucarliyiq.biz bildirir ki, bu barədə Trend-ə Zərdab Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb.

Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.