» » » Bakıda sevgilisi ilə birləşib ərini doğrayan qadından YENİ XƏBƏR

Bakıda sevgilisi ilə birləşib ərini doğrayan qadından YENİ XƏBƏR

Bakıda sevgilisi ilə birləşib ərini doğrayan qadından YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Ucarliyiq.biz Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə Lalə Mahmudova vəkili Nüşabə Ağayevadan imtina edib.

Proses oktyabrın 28-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 26-da Yasamal rayonunda paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və sevgilisi S.Məmmədov tərəfindən törədildiyi müəyyən edilib. Hər 2 şəxs saxlanılıb. İstintaqla müəyyən edilib ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Kamran Mahmudovun yatdığından istifadə edən S.Məmmədov L.Mahmudova ilə əvvəlcədən qurduğu plan üzrə özü ilə gətirdiyi tapança ilə K.Mahmudovun baş nahiyəsindən 3 dəfə atəş açıb. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıb İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıblar.

Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.